Tiffany “Lüsien” döşəmə lampası XX əsrin əvvəllərindəki amerikan art deco memarlığından ilhamlanan həndəsi vitraj abajura malik zərif modeldir. Kəhrəba, süd və mavi şüşələrin harmoniyası interyerə yumşaq və isti işıq bəxş edir, məkanda premium və rahat atmosfer yaradır.
Abajurun sərt həndəsi xətləri və bürünc rəngli klassik ayaq modeli kabinetlər, qonaq otaqları, kitabxanalar və modern classic, vintage luxury üslublu interyerlər üçün ideal seçim edir.
“Lüsien” sadəcə işıq mənbəyi deyil, interyerin əsas dekorativ elementinə çevrilən xüsusi dizayn modelidir.